Medvedev Rusiyanın nüvə təlimlərinin məqsədini açıqlayıbbackend

Medvedev Rusiyanın nüvə təlimlərinin məqsədini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada planlaşdırılan nüvə təlimlərinin məqsədi Qərb silahlarının Rusiya ərazisinə mümkün hücumlarına cavab tədbirləri hazırlamaqdır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün Telegram-kanalında bildirib.

Medvedev Britaniyanın xarici işlər naziri Devid Kemeronun bu yaxınlarda Ukraynanın Rusiya ərazisinə Britaniya raketləri ilə hücum etmək hüququnu necə bəyan etdiyini xatırladıb. Eyni zamanda, Təhlükəsizlik Şurasının sədr müavini iddia edir ki, Britaniyanın “Storm Shadow” və Fransanın SCALP-EG-nin buraxılışlarına ukraynalılar deyil, ingilislər və fransızlar nəzarət edir.

Bununla bağlı Medvedev xəbərdarlıq edib ki, müəyyən şərtlər daxilində bunun cavabı təkcə Kiyevə çatmayacaq.