Qərbin uzaqmənzilli silahlarının Rusiya ərazisinə endirdiyi raket zərbələri bütün mümkün qırmızı xətləri pozur.
NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Al Arabiya” telekanalına müsahibəsində deyib.
“Baş verən hər şey istənilən qırmızı xətti keçməkdir”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin “nüvə qarşısının alınmasının yeni əsaslarını təsdiqləyərkən öz mövqeyini açıq şəkildə ifadə edib”.