Müdafiə Nazirliyi ilə müqavilə bağlamaq rusları xüsusi hərbi əməliyyatda iştiraka cəlb etməyin yeganə formasıdır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “VKontakte” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Onlar ölkəmizin bütün bölgələrində və bələdiyyələrində gələcək müqaviləli əsgərlərlə işləyirlər”, – deyə Təhlükəsizlik Şurasının sədr müavini qeyd edib.
O qeyd edib ki, hazırda Rusiya əsgərlərinə və onların ailələrinə ödəniş sistemi və digər dəstək formaları təkmilləşdirilir. Medvedev qeyd edib ki, Rusiya hakimiyyəti yekun qələbə əldə olunana qədər bu işi davam etdirəcək.