Medvedev: “Ukrayna 10 ildən sonra olmayacaq”backend

Medvedev: “Ukrayna 10 ildən sonra olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Atlantika Alyansına (NATO) qəbul edilməsi planlaşdırılan Ukrayna 2034-cü ilə qədər mövcudluğunu dayandıra bilər.

NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

“Yens Stoltenberq deyib ki, o, Ukraynanın 2034-cü ildə NATO-ya daxil olmasını yaxşı ssenari hesab edir. Yəni, heç vaxt”, – deyə Medvedev Ukraynanın bu vaxta qədər mövcudluğunu dayandıra biləcəyini etiraf edib.

İyulun 11-də Dmitri Medvedev Ukrayna və NATO-nun yoxa çıxmasını təmin etmək üçün hər şeyi etməyə çağırıb. Bir gün əvvəl Medvedev demişdi ki, Kiyevin məğlubiyyəti xüsusi hərbi əməliyyatın (SVO) sonu olmayacaq.