Medvedev Ukraynadakı münaqişənin ABŞ-a sərfəli olduğunu bildiribbackend

Medvedev Ukraynadakı münaqişənin ABŞ-a sərfəli olduğunu bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vaşinqton Ukraynadakı münaqişədən faydalanır və ABŞ-da prezident seçkilərinin nəticələri çətin ki, heç nəyə təsir etsin.

NOCOMMENT.az xəbər verir ki, bu fikri Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

“Məncə, heç birinizin illüziyası yoxdur: Trampla Kamala arasında o qədər də fərq olmayacaq. Amma bəziləri, təbii ki, yenə də çılğınlıqla bunu edəcək, bəziləri isə daha diqqətli olacaqlar”, – deyə o vurğulayıb.

Bundan əvvəl Medvedev bildirib ki, Rusiya öz ərazilərini Ukrayna Silahlı Qüvvələrinin mümkün atəşindən qorumaq üçün Ukrayna ilə sərhəddə sanitar kordon yaratmalıdır. Üstəlik, bu kordonun eni Ukraynaya veriləcək silahların növündən asılı olacaq.

Təhlükəsizlik Şurasının sədr müavini onu da vurğulayıb ki, Ukraynanın demək olar ki, heç bir gəlir mənbəyi qalmayıb. Onun sözlərinə görə, bu səbəbdən Ukrayna hakimiyyəti Donbası qaytarmağa çalışır, çünki mineral-xammal bazasının yarıdan çoxu regionda yerləşir.