Ukraynanın hazırkı hakimiyyət orqanlarının atdığı addımlar sonradan etibarsız sayıla bilər.
NOCOMMENT.az xəbər verir ki, bunu RİA Novosti agentliyinə açıqlamasında Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
Onun sözlərinə görə, bu, tammiqyaslı hərbi münaqişənin yenidən başlanmasına səbəb ola bilər.
“Mövcud Kiyev rejiminin qəbul edə biləcəyi aktlar sonradan Ukraynanın yeni hakimiyyəti tərəfindən etibarsız sayıla bilər. Onda müharibə yenidən başlayacaq”, – Medvedev vurğulayıb.