Medvedev: Yaxın 100 ildə Rusiya ilə ABŞ arasında dostluq olmayacaqbackend

Medvedev: Yaxın 100 ildə Rusiya ilə ABŞ arasında dostluq olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın 100 ildə Rusiya ilə ABŞ arasında dostluq olmayacaq və birbaşa hərbi münaqişə nüvə müharibəsi ilə nəticələnəcək.

NOCOMMENT.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün Telegram kanalında Moskva ilə Vaşinqton arasındakı münasibətləri belə qiymətləndirib.

“Biz qarşıdakı 100 ildə heç bir dostluq görməyəcəyik, lakin ABŞ-lə müharibə etmək baha başa gəlir – birbaşa münaqişə açıq-aşkar dünya miqyaslı nüvə müharibəsinə çevriləcək,” – deyə Medvedev vurğulayıb.