Medvedyev: Zelenski üçün iki yol görürəm…backend

Medvedyev: Zelenski üçün iki yol görürəm…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenskinin tribunala çıxmaqdan və ya komediya şoularında ikinci dərəcəli rollarına qayıtmaqdan başqa variantı yoxdur.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.

Jurnalist ondan Zelenski üçün hansı nəticəni gördüyünü soruşduqda Rusiya rəsmisi belə cavab verib: “Tribunal və ya ikinci dərəcəli rollarla komediya şousuna qayıdış”.

Medvedyev həmçinin ötən həftə Rusiya ordusunun işğalında olan Luqanskda olduğunu bildirib.

O iddia edib ki, döyüş bölgəsində olmaqdan qorxmur: “Qoy bizdən qorxsunlar”.

Medvedyev bölgəyə səfəri çərçivəsində Luqansk və Donetskdəki separatçıların başçıları Leonid Paseçnik və Denis Puşilinlə görüşüb.