Mehdiyev və Abutalıbov məhkəməyə çağırıldılar – Vəsatətbackend

Mehdiyev və Abutalıbov məhkəməyə çağırıldılar – Vəsatət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri, bir müddət icra başçısının müavini səlahiyyətlərini icra etmiş Rasim Quliyevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

NOCOMMENT xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edib.

Vəkil Rasim Quliyevin səhhətində problem olduğunu bu səbəbdən Penitensiar Xidmətinin müalicə müəssisində saxlandığını bildirib. O, Rasim Quliyevin barəsində həbs qəti imkan tədbirinin dəyişdirilməsini, ev dustaqlığına buraxılmasını istəyib.

Bundan başqa vəkillər Bakı şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbovun və Prezident Admistrasiyanın sabiq rəhbəri Ramiz Mehdiyevin məhkəməyə şahid qismində dəvət olunması ilə bağlı vəsatət verib.

Vəkillər bildirib ki, iş üzrə onlarla bağlı epizodlar var.

Prokuror Ramiz Mehdiyevin dindirilməsinə zərurət olmadığını, bu hissədə vəsətatin təmin edilməməsini, vəsatətin digər hissəsində Hacıbala Abutalıbovun dəvət olunmasını isə məhkəmənin mülahizəsinə buraxdığını deyib.

Məhkəmə vəsatətləri təmin etməyib.

Daha sonra məhkəmə istintaqı başa çatıb. Prokuror çıxış etmək üçün məhkəmədən vaxt istəyib.

Növbəti prosesi dekabrın 9-da davam edəcək.