KoronaVirus İnformasiya Portalı
Mehdiyevdən Əli Həsənov barədə SƏRT SÖZLƏR: Həqiqi xislətini gizlədə bilmişdibackend

Mehdiyevdən Əli Həsənov barədə SƏRT SÖZLƏR: Həqiqi xislətini gizlədə bilmişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AMEA-nın prezidenti Ramiz Mehdiyev Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənov haqqında sərt ittihamlar səsləndirib.

NOCOMMENT xəbər verir ki, Mehdiyev bu ifadələri işlədərkən ad çəkməyib. Lakin bu ittihamlarda söhbətin birmənalı olaraq Əli Həsənovdan getdiyi bəllidir.

R.Mehdiyev uzun illər eyni komandada, hətta eyni binada çalışdığı şəxs haqqında deyir: “Uzun müddət, istər sovet dövründə, istərsə də müstəqillik illərində Prezident Administrasiyasında məsul vəzifə tutan şöbə müdirlərindən biri xeyli vaxt öz həqiqi xislətini məharətlə gizlədə bilmişdi. Yalnız uzun illər sonra onun həqiqi əməlləri aşkara çıxdıqda, həmin şəxs dövlət başçısı tərəfindən tutduğu vəzifəsindən azad edildi. Bənzər nümunələr çox olub”.

YeniSabah