Mehdiyevin kürəkəni barədə Ali Məhkəmənin QƏRARIbackend

Mehdiyevin kürəkəni barədə Ali Məhkəmənin QƏRARI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ali Məhkəmədə Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevlə Şabranlı sahibkar Mansur İbrahimovun arasındakı məhkəmə çəkişməsi yekunlaşıb.

NOCOMMENT.az musavat.com-a istinadla xəbər verir ki, Ali Məhkəmənin Mülki Kollegiyası sahibkar Mansur İbrahimovun “özgənin qanunsuz sahibliyindən əmlakın geri qaytarılması” barədə iddiasını təmin edib. Bununla da 26,67 hektar bağ sahəsi İlham Əliyevin rəhbərlik etdiyi “TurAZ” MMC-dən alınaraq Mansur İbrahimova qaytarılıb.

Nə baş vermişdi?

Hazırkı məhkəmə davasını illər əvvəl Şabran rayonunun Gəndov kəndində yaşayan sahibkar Mansur İbrahimov açıb. O, keçmiş deputat İlham Əliyev və sahibkar Kərim Məmmədovun ona məxsus 26,67 hektar torpaq sahəsində qanunsuz olaraq sahibkarlıqla məşğul olduqlarını, torpağı və üzərindəki əmlakları onun sahibliyinə qaytarılmasını tələb edib. Məhkəmə həmin torpaq sahəsinin Mansur İbrahimova qaytarılması qərarı vermişdi. Lakin bu qərardan sonra da İlham Əliyev illər öncə qeyri-qanuni ələ keçirdiyi torpaqları sahibinə verməyə tələsməyib.

İddialara görə, ələ keçirilən bağdakı göl Ramiz Mehdiyevin arvadı Qalina Yuryevnaya qanunsuz olaraq icarəyə verilib.

Xatırladaq ki, İlham Əliyev 2010-2020-ci illərdə deputat olub. O, 2020-ci ildə sərt karantin zamanı övladına toy etməsi ilə gündəmə gəlmişdi. Həmin ilin avqustun 22-də Abşeron Rayon Məhkəməsi İlham Əliyev və qudası Rövşən Mustafayevin 15 sutka müddətinə inzibati qaydada həbs olunması barədə qərar qəbul etmişdi.