Bakı Oksford Məktəbinin müsadirə olunan binası sentyabr ayının 26-da açıq hərraca çıxarılıb.
NOCOMMENT.az Yeniavaz.com -a bir xəbər verir ki, Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, 108 ünvanında isə bina 3-cü dəfə təkrar hərraca çıxarılıb, lakin yenə də satılmayıb.
Qeyd edək ki, bina ilk dəfə 29 iyul tarixində açıq hərraca çıxarılıb.
Məlumat üçün bildirək ki, ümumi sahəsi 18 min 972.2 kvadratmetr olan binanın ilkin start qiyməti 24 milyon 703 min manat olub. 27 avqust tarixindən 2-ci hərracda da binanın qiyməti dəyişməz qalıb. Lakin 2-ci hərracda heç bir hüquqi və fiziki şəxs tərəfindən sifariş verilmədiyi hərrac baş tutmadı və bu səbəbdən bina sentyabr ayının 26-da 3-c ü dəfə 10% endirimlə – 22 milyon 232 min 70 manata təkrar hərraca çıxarılıb.
Oktyabr ayının 28-də saxlanılan 4-cü hərracda bina 25% endirimlə təkrar hərraca çıxarılacaq. Belə ki, 28 oktyabr tarixində baş tutan hərracda binanın başlanğıc qiyməti 18 milyon 527 min 250 manat olacaq.
“Baku Steel Company” əmlaklarından biridir. Bakı Oksford Məktəbinin Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 108 ünvanında binasının sahiblərindən biri Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədova dır.
Binanın 2-ci sahibi Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin qızı Kamilə Əliyevadır. Hər iki ölkənin binadakı payı 50% təşkil edir. Kamilə Əliyeva eyni zamanda keçmiş millət İlham Əliyevin həyat yoldaşıdır.