Mehdiyevlərin bankı zərərdə: 1 bölməsi bağlanıbbackend

Mehdiyevlərin bankı zərərdə: 1 bölməsi bağlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bank BTB” ASC-nin zərəri artıb.

NOCOMMENT.az xəbər verir ki, “ölkə.az”ın məlumatına görə, 2023-cü ilin yekununda bankın zərəri 6 mln 113 min manat olub.

2022-ci ilin yekununda isə zərəri 4 mln 762 min manat təşkil edirdi.

Nəticədə, bankın cəmi kapitalı 13,4% azalaraq 39 mln 436 min manata enib.

Ümumilikdə, bankın cəmi aktivləri 2,1% azalaraq 361 mln 724 min manat, cəmi öhdəlikləri 0,5% azalaraq 322 min 288 manat təşkil edib.

Qeyd edək ki, ötən il ərzində bankın bölmələrindən biri bağlanıb və hazırda bankın 7 filialı, 1 bölməsi var.

Xatırladaq ki, “Bank BTB”nin səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya, 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur. Mətbuatda Nigar Mehdiyevanın Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlini olduğu qeyd olunur.