Məhəmməd Bağır Qalibaf istefa verdibackend

Məhəmməd Bağır Qalibaf istefa verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın siyasi rəhbərliyində gərginlik pik həddə çatıb və ölkənin ən nüfuzlu dövlət rəsmilərindən biri vəzifəsindən kənarlaşıb. İran Parlamentinin spikeri Məhəmməd Bağır Qalibafın istefa verdiyi barədə məlumatlar yayılıb. Bu qəfil gedişin arxasında ölkənin hərbi-siyasi elitası daxilində yaranan dərin fikir ayrılıqlarının dayandığı bildirilir.

NOCOMMENT.az xəbər verir ki, yayılan məlumatlara görə, Qalibafın istefasına birbaşa səbəb İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dövlət idarəçiliyinə və diplomatik proseslərə kəskin müdaxiləsi olub. Bildirilir ki, parlament sədri eyni zamanda ABŞ-la aparılan danışıqlar qrupunu da tərk edib. Qalibafın diplomatik həll yollarını dəstəklədiyi, lakin SEPAH-ın sərt xətti ilə qarşıdurma yarandığı üçün bu addımı atdığı iddia edilir. İranın daxili siyasi sabitliyi üçün ciddi təhdid hesab olunan bu hadisə, ölkənin gələcək idarəçilik kursu ilə bağlı böyük suallar yaradıb.

Sara