Məhəmməd bin Salman: Qətərin təhlükəsizliyi təmin olunmalıdırbackend

Məhəmməd bin Salman: Qətərin təhlükəsizliyi təmin olunmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman əl-Saud İsrailin Dohada HƏMAS obyektlərinə hücumunu pisləyib və Qətərə təhlükəsizliyin təmin edilməsində yardım təklif edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Səudiyyə dövlət informasiya agentliyi məlumat yayıb.

Rəsmi bəyanatda vurğulanır ki, krallıq Qətəri tam dəstəkləyir və İsrailin hərəkətlərini qətiyyətlə pisləyir. Səudiyyə Ərəbistanı qardaş ölkəyə suverenlik və təhlükəsizliyin təmin olunması üçün bütün imkanlarını təqdim etməyə hazırdır.

“Səudiyyə Ərəbistanı Qətərə təhlükəsizliyin və suverenliyin təmin olunmasında bütün imkanlarını təqdim etməyə hazırdır”, – bəyanatda qeyd olunub.