Məhərrəm ayında şadlıq evlərində toylar keçirilib? – Sevinə-sevinə icazə verərikbackend

Məhərrəm ayında şadlıq evlərində toylar keçirilib? – Sevinə-sevinə icazə verərik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Məhərrəm ayı başa çatıb, Səfər ayı daxil oldu. Məlumdur ki, Azərbaycan əhalisinin əksər hisssəsi bu aylarda şadlıq mərasimləri keçirmir. Bəs, görəsən, bu aylarda şadlıq saraylarına bununla bağlı müraciətlər daxil olubmu?

NOCOMMENT.az xəbər verir ki, Yenisabah bununla bağlı bir neçə şadlıq evi ilə danışıb.

“Al Saray” rəhbərliyindədən bizə bildirdilər ki, bu aylarda ancaq sifariş götürürlər: “Sentyabrın 30-dan da sifarişlərimiz var”.

“Lido” restoranından isə dedilər ki, bu müddət ərzində heç bir şadlıq mərassimləri keçirilməyib:

“Aşura günündən-imamın 7-sinə yəni, avqustun 8-dən 14-nə qədər yeddi gün ərzində restoranımız şadlıq mərasimləri üçün tam fəaliyyətsiz olub. Bu aylarda restoranın heç bir şadlıq mərasimlərini qəbul etmədiyi barədə məlumat yaymışdıq. Hazırda adi restoran kimi fəaliyyət göstəririk”.

“Xəzinə Palace”dan isə dedilər ki, məhərrəm ayında ümumiyyətlə şənlik mərasimləriylə bağlı müraciət edən olmur.

“Sizə müraciət edən olsa buna icazə verərsinizmi?” sualına restoran rəhbərliyinin cavabı belə olub:

“Bildiyimiz qədərilə bununla bağlı hər hansı qadağa yoxdur. Müştəri istəsə, əlbbəttə ki, biz müştərinin istəyinə görə addım atarıq”.

“Karvan Hall” rəhbərliyi də müştərilər bu aylarda toy-büsat etmək istəsələr, bunu canla-başla həyata keçirəcəklərini dedi:

“Bu aylar ərzində müraciət edən olmasa da müştərilər istəsə, restoran olaraq onların xidmətində canla-başla olarıq”.

“Durna Teli” restoranından bütün şadlıq evlərinin bu aylar ərzində gələcək aylara dair sifariş götürdüyünü dedilər.

“Məhərrəm ayında olmasa da, Səfər ayı üçün şadlıq mərasimləri keçirilir. Müraciət edən olsa, sevinə-sevinə icazə verərik”.

“Arena Saray” rəhbərliyi isə bu aylarda müştərilərdən şadlıq mərasimlərinin keçirilməsiylə bağlı təklif olmadığını qeyd etdi:

“Amma əgər, bu, olarsa, Məhərrəm ayında yox, amma Səfər ayında restoranımız müştərilərimiz üçün bu baxımdan xidmət göstərə bilər”.