Məhərrəm və Siracın adları Sərhədsiz Reportyorların siyahısında – FOTObackend

Məhərrəm və Siracın adları Sərhədsiz Reportyorların siyahısında – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sərhədsiz Reportyorlar” Təşkilatı (SRT) 2021-ci ildə vəzifə borcunu yerinə yetirərkən öldürülən jurnalistlərin siyahısını yayıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, təşkilat bu il dünyada qətlə yetirilən media təmsilçiləri ilə bağlı hesabat hazırlayıb.

Siyahıda 2021-ci il iyunun 4-də Azərbaycanın Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində erməni terrorçularının basdırdığı tank əleyhinə minaya düşərək şəhid olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovun da adı var.

Hesabatda görə, bu il dünyanın 20 ölkəsində 38 jurnalist vəzifə borcunu yerinə yetirərkən öldürülüb.