Məhkəmə Abzas Media işi ilə bağlı qərar qəbul etdibackend

Məhkəmə Abzas Media işi ilə bağlı qərar qəbul etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məhkəmə “Abzas Media” işi çərçivəsində saxlanılan Ülvi Həsənli, Sevinc Vaqifqızı və “Məclis.info” saytının rəhbəri İmran Əliyev barədə qərar verib.

NOCOMMENT.az axar.az-a istinadla xəbər verir ki, Xətai Rayon Məhkəməsində onların ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatətlərə baxılıb və təmin edilməyib.

Qeyd edək ki, ötən il noyabrın 20-də Ü.Həsənli barədə 4 aylıq, Sevinc Vaqifqızı barəsində isə 3 ay 29 gün müddətə həbs qətimkan tədbiri seçilmişdi. İmran Əliyev isə ötən ay hava limanında saxlanılıb. Onun barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 2 ay 1 günlük həbs qətimkan tədbiri seçilib.

Onların hər biri Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçalmalçılıq) maddəsi ilə təqsirli bilinirlər.