Məhkəmə Ata Abdullayevə hökm oxuyubbackend

Məhkəmə Ata Abdullayevə hökm oxuyub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ata Abdullayevə hökm oxunub, o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

NOCOMMENT xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə A.Abdullayev son söz deyib.

O, barəsində irəli sürülən ittihamlarla razılaşmadığını deyib və bəraət hökmünün çıxarılmasını istəyib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.