Məhkəmə Bakcell-in şirkətə qarşı borc iddiasını təmin etdibackend

Məhkəmə Bakcell-in şirkətə qarşı borc iddiasını təmin etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakcell” MMC “Buta VİP Service” MMC-yə qarşı iddia qaldırıb.

NOCOMMENT xəbər verir ki, borcun tutulması ilə bağlı iddiaya Bakı Kommersiya Məhkəməsində baxılıb. Hakim Fərrux Qasımovun sədrlik etdiyi iclasda qərar elan edilib.

Qərara əsasən, 914 manat 54 qəpik xidmət haqqı və 30 manat 40 qəpik dövlət rüsumu, ümumilikdə 944 manat 94 qəpik məbləğində borcun cavabdehdən tutulması barədə qətnamə çıxarılıb.

Qeyd edək ki, iddia tələbinə əsasən, tərəflər arasında “Bakcell” MMC ilə bağlanmış GSM müqaviləsinə əsasən, “Buta VİP Service” MMC rabitə xidmətlərindən istifadə edərək danışıqlar apardığı üçün borcu yaranıb və ödəməyib.

Report