Moskva Arbitraj Məhkəməsi “Rosnano”nun keçmiş rəhbəri Anatoli Çubaysın 5,6 milyard rubl dəyərində hesablarına və əmlakına həbs qoyulmasının ləğvi tələbini rədd edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Aprel ayında bildirilmişdi ki, “Rosnano” Çubays və keçmiş top-menecerlər Yuri Udaltsov, Oleq Kiselev, Boris Podolski, German Pixoy, Dmitri Pimkin, Vladimir Avetisyan və Nikolay Tıçinindən 3,892 milyard rubl və 20,4 milyon dollar məbləğində dəymiş ziyanı bərpa etmək istəyir.
Qeyd olunduğu kimi, “Rosnano” da müvəqqəti tədbirlərin görülməsini istəyib, ona görə də məhkəmə cavabdehlərin 5 607 112 053 rubl məbləğində vəsaitinə və digər əmlakına qeyd olunan tələblər çərçivəsində həbs qoyub.