Məhkəmə “Holcim”in 12 min manatlıq iddiası ilə bağlı qərar verdibackend

Məhkəmə “Holcim”in 12 min manatlıq iddiası ilə bağlı qərar verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Kommersiya Məhkəməsində “Holcim (Azərbaycan)” ASC-nin “E-Trading” MMC-yə qarşı pul tələbinə dair iş üzrə məhkəmə prosesi keçirilib.

NOCOMMENT.az xəbər verir ki, hakim Zaur Pirverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, “Holcim (Azərbaycan)”ın “E-Trading” MMC-yə 11 760 manatlıq iddiası təmin edilib.

Qeyd edək ki, “Holcim (Azərbaycan)” cavabdehə qarşı xidmət müqaviləsi üzrə əvvəlcədən ödənilmiş 10 000 manat depozit məbləğinin geri qaytarması, borcun vaxtının gecikdirilməsinə 1 730 manat məbləğində zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzini ödəməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib. “Report”