Məhkəmə Hüseyn Həsənovun qiyabi həbsini qüvvədə saxlayıbbackend

Məhkəmə Hüseyn Həsənovun qiyabi həbsini qüvvədə saxlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva Şəhər Məhkəməsi 170 milyon rubl məbləğində vergi ödəməməkdə təqsirləndirilən bloger Hüseyn Həsənovun qiyabi həbsi barədə qərarı qüvvədə saxlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Məhkəmə tərəflərin fikirlərini dinləyərək, H.Həsənovun barəsində seçilmiş həbs-qətimkan tədbiri ilə bağlı birinci instansiyanın qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edib”, – məlumatda deyilir.

Hakim Həsənovun müdafiə tərəfinin apelyasiya şikayətinin təmin edilməməsinə qərar verib.

Mayın 14-də xüsusilə külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması və yuyulması ilə bağlı cinayət işi üzrə H.Həsənov axtarışa verilib və qiyabi həbs edilib. Bu maddəyə əsasən bloqeri 7 ilə qədər həbs cəzası gözləyir.