Məhkəmə Mahir Quliyevin əmlaklarını müsadirə edibbackend

Məhkəmə Mahir Quliyevin əmlaklarını da müsadirə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biləsuvar Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Mahir Quliyevin əmlakları müsadirə edilib.

NOCOMMENT-in report-a istinadən xəbərinə görə, bu barədə hökm Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Məhkəmə Bakı şəhərində yerləşən iki mənzili və avtomobilinin müsadirə edilməsi barədə hökm çıxarıb.

Bundan başqa, Biləsuvar Rayon İcra Hakimiyyətinə dəymiş 3 milyon 206 min manat və DOST mərkəzinə dəymiş 125 min manatlıq mülki iddia təmin olunub.

Qeyd edək ki, məhkəmənin hökmü ilə M.Quliyev 11 il müddətinə azadlıqdan məhrum edilib.