Məhkəmə məmurları Madriddə nümayiş keçirdibackend

Məhkəmə məmurları Madriddə nümayiş keçirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 22-də müddətsiz tətilə başlayan məhkəmə işçiləri İspaniyada maaş artımı tələbləri ilə bağlı razılığa gələ bilmədikləri üçün paytaxt Madriddə nümayiş keçiriblər.

NOCOMMENT.az xəbər verir ki, ölkə üzrə 45 000 məhkəmə məmurunun bağlı olduğu həmkarlar ittifaqları tətildə iştirakın 85%, Ədliyyə Nazirliyi isə 31,55% olduğunu açıqlayıb.

Ədliyyə və Maliyyə nazirlərini yenidən danışıqlar masasına oturmağa çağıran həmkarlar ittifaqları, maaş artımı tələblərinin yerinə yetirilməməsini “anlaşılmaz və biabırçı” adlandırıblar.

Madriddəki nümayişdə mətbuata açıqlama verən CCOO İttifaqının nümayəndəsi Luis Kalero hakim və prokurorların maaş artımı ilə bağlı tələblərinə müsbət cavab verən sol koalisiya hökumətindən də onlara qarşı eyni münasibəti gözlədiklərini bildirib.

NOCOMMENT.AZ