Məhkəmə paytaxtda avtoxuliqanlıq edən sürücünü həbs etdibackend

Məhkəmə paytaxtda avtoxuliqanlıq edən sürücünü həbs etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi RPİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirilən növbəti tədbir zamanı paytaxt ərazisində idarə etdiyi nəqliyyat vasitəsi ilə avtoxuliqanlıq edən sürücü C.Adıgözəlov saxlanılıb.

NOCOMMENT.az xəbər verir ki, DİN-dən bildirilib ki, onun barəsində toplanmış material və sübutlar məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə C.Adıgözəlovun sürücülük hüquqları 1 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs olunub.\\“Unikal”