backend

Məhkəmə Putinin həbsinə order verdi 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putinin, eləcə də Rusiyanın uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belovanın həbsi üçün beynəlxalq order verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Məhkəmənin mətbuat xidməti məlumat yayıb.

Beynəlxalq Cinayət Məhkəməsi qeyd edir ki, Putin və Lvova-Belova ukraynalı uşaqları qanunsuz deportasiya etməkdə şübhəli bilinirlər.

“Bu gün, 17 mart 2023-cü ildə Beynəlxalq Cinayət Məhkəməsinin İkinci məhkəməyə qədərki palatası Ukraynadakı vəziyyətlə əlaqədar iki nəfərin həbsinə order verib: cənab Vladimir Vladimiroviç Putin və xanım Mariya Alekseevna Lvova-Belova”- açıqlamada bildirilir.