Məhkəmə qərar verdi: Lider TV-nin taleyi…backend

Məhkəmə qərar verdi: Lider TV-nin taleyi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lider TV və Radio Azərbaycan MMC-nin müflis elan olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadığından Lider TV-nin lisenziyası qüvvədədir və kanal fəaliyyətini davam etdirir.

NOCOMMENT xəbər verir ki, bu sözləri kult.az-a açıqlamasında MTRŞ sədrinin köməkçisi Fazil Novruzov Lider TV-nin Apelyasiya Məhkəməsinin qərarından sonra hansı şəkildə fəaliyyət göstərməsi barədə danışarkən deyib.

Onun sözlərinə görə, Lider TV Milli Televiziya və Radio Şurasından aldığı lisenziya əsasında fəaliyyət göstərir: “Lisenziyaya xitam verilməsə, kanal fəaliyyətini dayandıra bilməz. Məhkəmə prosesinin qanuni qüvvəyə minmiş hökmü olmadan Milli Televiziya və Radio Şurası Lider TV-nin fəaliyyəti ilə bağlı lisenziyaya xitam verilməsi məsələsinə baxmayacaq. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmalıdır. Belə bir qərar təqdim edilərsə, bundan sonra MTRŞ-da bu məsələ qaldırıla bilər”.

Qeyd edək ki, Bakı Kommersiya Məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin iddiasına əsasən, “Lider TV və Radio Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı qərar çıxarıb.

Apelyasiya məhkəməsi isə qərarı qüvvədə saxlayıb.