Məhkəmə Rasim Məmmədovun vəsatətini rədd etdibackend

Məhkəmə Rasim Məmmədovun vəsatətini rədd etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı məhkəmə prosesi keçirilib.

NOCOMMENT.az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin vəkilləri müvəkkilinin ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb.

Vəkil Zibeydə Sadıqova bildirib ki, artıq məhkəmədə də ittiham tərəfin şahidlərinin əksəriyyəti dindirilib: “Onun məhkəmədən yayınmaq niyyəti yoxdur. Çünki bu məhkəmə prosesinin yekunlaşması və bəraət almasında israrlıdır. Rasim Məmmədovun əvvəllər məhkumluğu olmayıb, iş adamıdır. O, 2021-ci il yanvarın 28-də öz kabinetində şübhəli şəxs qismində saxlanılıb”.

Məhkəmə Rasim Məmmədovun ev dustaqlığına buraxılması haqda vəsatəti təmin etməyib.

Prosesdə Rasim Məmmədovun dostu, mərhum Mehman Hüseynovun istintaqa ifadəsi elan olunub. İfadədə bildirilib ki, Rasim Məmmədovla eyni məktəbdə təhsil alıblar, oradan bir-birini tanıyırlar. Sonradan Rasim Məmmədov atasının avtomobilini onun işlədiyi maşın təmiri sexinə gətiririb: “Rasim Məmmədov mənə təklif elədi ki, Baku Oxford məktəbinin tikintisinə nəzarət edim. Əvvəl 900 manat, sonralar 3000 manat maaş verirdi”, – ifadədə göstərilib.

İfadəyə görə, “Baku Steel Company”də Rasim Məmmədovun birinci müavini işləmiş Çingiz Həsənov da onlarla sinif yoldaşı olub.

Mehman Hüseynov deyib ki, “Royal Steel” MMC şirkətinin onun adına açılması təklifi Çingiz Həsənovdan gəlib: “Çingiz dedi ki, Rasim şirkət açır, şirkətin hüquqi ünvanı sənin ünvanın olsun. Mən də şəxsiyyət vəsiqəmi verdim. Şirkətin necə fəaliyyət göstərməsindən xəbərim olmayıb. Bilirdim ki, metallurgiya işi ilə məşğuldur. Mən o şirkətlə bağlı yalnız sənədlərə imza atmışam. Mühasib Tamara sənədləri gətirirdi, mən də imzalayırdım”.

Mərhum Mehman Hüseynov ifadəsində vurğulayıb ki, bu şirkətin 1 milyon 150 min gəliri olub.

Prosesdə Rasim Məmmədov ifadəyə etiraz edib, həmin şirkətin ona aidiyyəti olmadığını deyib.

Rasim Məmmədov ötən məhkəmə iclasında onun əleyhinə ifadə verən Yusif Hənifəzadə haqqında Maştağadakı Psixiatriya xəstəxanasına sorğu göndərilməsini istəyib: “Əgər o adamın orada qeydiyyatda olması təsdiqlənməsə, mənə 20 il verin, razıyam”.

Məhkəmə prosesində sənədlərin tədqiqi mərhələsi başlayıb.

İttihama görə, Rasim Məmmədov “Baku Steel Company” MMC-nin müşahidə şurasının sədri olduğu müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə edib, sənədlərə yalan məlumatlar daxil etməkdə, o cümlədən, rəqəmləri şişirtməkdə, başqa şəxslərin adına şirkətlər yaradıb şirkətin mallarını aşağı qiymətlərlə satmaqda, “Baku Steel Company”-nin məhsullarını öz obyekt və yaşayış binalarına sərf etməkdə təqsirləndirilir. Bütün bunlarla təqsirləndirilən şəxs ümumilikdə təxminən 55 milyon manatlıq mənimsəmə və israfetməyə yol verib.

Göstərilən cinayət əməllərinə görə, Rasim Məmmədova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə emə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) yekun ittiham verilib