Moskvanın Meşanski Məhkəməsi “Rusaqro” şirkətinin təsisçisi Vadim Moşkoviçi dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə həbs edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Agentliyin məlumatına görə, məhkəmə Moşkoviç barəsində mayın 25-dək həbs qətimkan tədbiri seçib.Əvvəllər RİA Novosti xəbər verir ki, “Rusaqro” şirkətinin təsisçisi və keçmiş senator Vadim Moşkoviçin İsrail vətəndaşlığı və şəxsi “Bombardier” təyyarəsi var.
Qeyd edək ki, Vadim Moşkoviç martın 26-da günorta saatlarında saxlanılıb. Mənbə bildirib ki, o və kənd təsərrüfatı holdinqinin keçmiş baş direktoru Maksim Basov xüsusilə külli miqdarda dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə ittiham olunublar. Müttəhimlərin ittiham olunduğu oğurluğun məbləğinin təxminən 1 milyard rubl olduğu bildirilir.