Məhkəmə rusiyalı bloger İlya Varlamovun hesablarındakı vəsaitlərə həbs qoyubbackend

Məhkəmə rusiyalı bloger İlya Varlamovun hesablarındakı vəsaitlərə həbs qoyub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvanın Meşçanski Rayon Məhkəməsi müstəntiqin İlya Varlamova məxsus hesablardakı vəsaitlərə həbs qoyulması barədə vəsatətini təmin edib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə TASS-a məhkəmənin mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, İlya Varlamov 2023-cü ilin martında Rusiyada xarici agent kimi tanınıb. Ədliyyə Nazirliyi onun xaricdən maliyyə vəsaiti aldığını, hökumət qərarları və siyasəti ilə bağlı saxta məlumatlar yaydığını bəyan edib.