Məhkəmə rüşvətə görə həbs edilən xəstəxana direktoru barədə qərar verdibackend

Məhkəmə rüşvətə görə həbs edilən xəstəxana direktoru barədə qərar verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Apelyasiya Məhkəməsində Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində işləmiş Cəlil Nəzərovun barəsində seçilən həbs qətimkan tədbirinin dəyişidirilməsi ilə bağlı apelyasiya şikayətinə baxılıb.

NOCOMMENT xəbər verir ki, hakim Vaqif Mursaqulovun sədrlik etdiyi iclasda qərar elan edilib.

Qərara əsasən, şikayət təmin edilməyib və Binəqədi Rayon Məhkəməsinin qərarı dəyişdirlməyib.

Qeyd edək ki, C.Nəzərov yanvarın 22-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlərində saxlanılıb.