Məhkəmə sabiq icra başçısı ilə bağlı qərar verdibackend

Məhkəmə sabiq icra başçısı ilə bağlı qərar verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kürdəmir rayonunun sabiq icra başçısı Ceyhun Cəfərov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, C.Cəfərovun barəsində həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, C.Cəfərov ötən ilin avqust ayında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvətalma), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) və 311.3.3-cü (rüşvət alma külli miqdarda törədildikdə) maddələri ilə ittiham verilib.