Məhkəmə Sarkozini günahkar hesab etdibackend

Məhkəmə Sarkozini günahkar hesab etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa məhkəməsi ölkənin eks-prezidenti Nikola Sarkozini korrupsiyada günahkar hesab edib.

NOCOMMENT BBC-yı istinadən xəbər verir ki, Sarkozini 10 ilə qədər həbs və milyonunluq cərimə gözləyir.

O, ittihamları rədd edir və siyasi opponentlər tərəfindən təqib edildiyini deyir.

Xatırladaq ki, N.Sarkozi Fransaya 2007-2012-ci illərdə rəhbərlik edib.

O, “L’Oreal”ın sahibi Lilian Bettankurun “gizli ianələr”ini istifadə etməklə yanaşı, 2007-ci il prezidentlik kampaniyasını maliyyələşdirmək üçün Liviyadan (o zaman Müəmmar Qəddafi hakimiyyətdə idi) milyonlarla avro almaqda şübhəli bilinir.

Bundan əlavə, prokurorluq Sarkozi və onun o zamankı vəkili Tyerri Hersoqun davam edən istintaqı haqqında məlumat almaq üçün Jilber Aziberə (keçmiş baş prokuror) Monakoda prestijli bir iş təklif etdiyi iddia olunur.

2018-ci ildə Nikola Sarkozi korrupsiyada, qanunsuz kampaniya maliyyələşdirilməsində, dövlət vəsaitlərinin mənimsənilməsindən qazanc əldə etməkdə və 2020-ci ilin oktyabrında “sui-qəsddə iştirakda” günahlandırılıb.