Məhkəmə tanışını öldürən şəxslə bağlı qərar çıxardıbackend

Məhkəmə tanışını öldürən şəxslə bağlı qərar çıxardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda qətl törətməkdə təqsirləndirilən Cavid Əliyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
NOCOMMENT.az Pravda.az-a istinadən xəbər verir ki, Ali Məhkəmənin hakimi Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

 

Qeyd: 2020-ci il sentyabrın 28-i səhər saat 6 radələrində Nəsimi RPİ 19-cu PŞ-dən rayon prokurorluğuna Respublika Klinik Xəstəxanasında 1997-ci il təvəllüdlü Emrah Mustafazadənin ölməsi barədə məlumat verilib. İlkin araşdırma zamanı hadisənin 4-cü mikrorayon ərazisində baş verdiyi məlum olub. Həmin gün şübhəli şəxs qismində 1986-cı il təvəllüdlü Cavid Əliyev saxlanılıb və Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin (CM) 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məlum olub ki, Emrah Mustafazadə 2016-cı ildə CM-nin bir neçə maddələri ilə 2 il 5 ay müddətinə azadlıqdan məhrum olunub. Cavid Əliyev isə 2015-ci ildə 2 il, 2019-cu ildə isə CM-nin bir neçə maddəsi ilə təqsirli bilinərək 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. O, 2021-ci ildə elan edilmiş amnistiya qərarı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilib. İstintaqla müəyyən edilib ki, Cavid Əliyev 2020-ci il aprelin 23-də yetkinlik yaşına çatmayan Səbuhi Vəlizadə ilə qabaqcadan əlbir olaraq quldurluq ediblər. Bundan başqa, sentyabrın 27-də Emrah Mustafazadə ilə Cəmil Əliyev arasında mübahisə yaranıb. Bunu bilən Cavid Əliyev Cəmilə Emrahı birlikdə cəzalandırmağı təklif edib. Bu haqda məlumat alan Emrah Cavidin hərəkətindən qəzəblənib və onun telefonuna mesaj göndərib.

Sentyabrın 28-i səhər saat 4 radələrində Emrah Mustafazadə tanışı Elmin Qasımzadə ilə birgə avtomobillə 4-cü mikrorayon ərazisinə gedib. Maşından düşərək, Cavid Əliyevə nalayiq ifadələr işlətdiyindən, Cavid onun üzünə yumruqla zərbələr vurub. Yenə də söyüş söyərək qaçdıqda, onu təqib edərək bud nahiyəsindən bıçaq zərbələri endirib və Emrahı qəsdən həyatdan məhrum edib. İş üzrə dindirilmiş Cavid Əliyev bildirib ki, Emrah ona təhqiramiz ifadələrlə dolu mesajlar göndərib. O, hadisənin də məhz bu səbəbdan baş verdiyini bildirib. Zərərçəkmiş Fərid Cəfərov ifadəsində göstərib ki, aprelin 23-də parkda tanışı Səbuhi Vəlizadəni görüb. Salamlaşandan sonra Fərid ondan hara getdiyini soruşub. Evə getdiyini dedikdə, Səbuhi kəmərindən qatlanan bıçağı çıxararaq onun sol bud nahiyəsinə sıxıb. Tanışı üzərində nə olduğunu soruşduqda, telefon və 53 manat pulu olduğunu söyləyib. Bıçağı bir az da ayağına sıxdıqda artıq Səbuhinin fikrinin qəti olduğunu başa düşüb, qorxaraq telefon və pulları ona verib. Tanışı bir saatdan sonra onunla əlaqə saxlayacağını deyərək, çıxıb gedib. Növbəti gün Cavid Əliyev istifadəsindəki digər mobil nömrəyə mesaj yazaraq, ona zəng etməsini bildirib. Cavid onun kart hesabına 50 manat köçürəcəyi halda, telefonunu onun dediyi adamdan götürə biləcəyini deyib. Amma o telefonu gördükdən sonra pul verəcəyini söyləyib. Cavid bununla razılaşmayıb və bir gündən sonra onun telefonunun 300 manata satılması haqqında ismarıc göndərib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli hökmü ilə Səbuhi Vəlizadə CM-nin 181-ci (quldurluq) maddəsi ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Məhkəmə qərara gəlib ki, Cavid Əliyevin əməli CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsindən 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsinə tövsif olunmaldır. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cavid Əliyev 13 il müddətinə azadlıqdan məhrum olunub.