Məhkəmədə ölən qazinin bu banka borcu olubbackend

Məhkəmədə ölən qazinin bu banka borcu olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Sumqayıt məhkəmə qərarlarının icrası şöbəsində ürəyi partlayaraq ölən qazi, polkovnik-leytenant Şahmurad Məmmədovun “Muğan Bank”a borcu olub.

NOCOMMENT xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, qazinin 11 min manat borcu olub və bu borca görə onun bütün pensiyasına sanksiya tətbiq edilib, hətta pensiya kartı da bloklanıb.

Xatırladaq ki, 5 uşaq atası olan qazinin bütün pensiyası kredit borcuna yönəldildiyi üçün onun məhkəmə icraçılarına etiraz etdiyi və buna dözməyərək vəfat etdiyi bildirilir.