Məhkəmədə ürəyi partlayan qazinin ailəsi DANIŞDIbackend

Məhkəmədə ürəyi partlayan qazinin ailəsi DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki adam üçün zamin olmuşdu: biri “Kapital Bank”a, digəri isə dostunun oğluna telefon götürmüşdü, “Muğan Bank”a idi.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Axar.az-a ürəyi partlayaraq ölən qazi, polkovnik-leytenant Şahmurad Məmmədovun xanımı Kəmalə Şahmuradova deyib.

O bildirib ki, əvvəl yalnız “Kapital Bank” Ş.Məmmədovun pensiyasından 25 faiz tuturdu:

“Ona baxmayaraq, dolana bilirdik. Amma sonuncu dəfə yoldaşımın hesabında 100 manat var idi. Dedi, gedim evə bazarlıq edim. Gəldi ki, bəs, kartı blok ediblər. Hələ vurğuladı ki, ölkə prezidenti 25 faizə icazə verib. Allah şahiddir ki, 3-4 gün onun cibində evə çörək almağa pul olmadı. Axırıncı günü tələbə qızımın son 5 manat yolpulu var idi. Onu götürüb Sumqayıta getdi”.

Mərhum qazinin oğlu Müseyib Şahmuradov isə bildirib ki, atasının pensiya kartının kim tərəfindən bloklandığını bilmirlər:

“Atam elə onu araşdırmaq üçün getmişdi məhkəməyə. İcraçı ilə 1 saat otaqda nə danışıblar, nə danışmayıblar, atam əsəbiləşib və ürəyi orada dayanıb.

Mənim atam vətənpərvər insan olub və bizi də eyni ruhda böyüdüb”.