Məhkəmədən Əvəz Zeynallı ilə bağlı yeni qərarbackend

Məhkəmədən Əvəz Zeynallı ilə bağlı yeni qərar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xural TV-nin baş redaktoru Əvəz Zeynallı ilə Dövlət Təhlükəsizliyi Xidmətində ailəsinə görüşün verilməsi üçün məhkəməyə müraciət edilib.

NOCOMMENT xəbər verir ki, bu barədə teleqraf-a Əvəz Zeynallının vəkili Rəşad Əliyev məlumat verib.

Vəkil deyib ki, Binəqədi rayon Məhkəməsinə görüşün verilməsi üçün vəsatət təqdim ediblər, amma məhkəmə onların vəsatətini təmin etməyən qərar qəbul edib.

Qeyd edək ki, Binəqədi rayon Məhkəməsinin qərarı ilə Əvəz Zeynallının barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Əvəz Zeynallının barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan edilib.

Daha sonra isə ona əlavə olaraq Cinayət Məcəlləsinin 312-1 (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) maddəsi ilə ittiham verilib.

Əvəz Zeynallı ittihamları qəbul etmir.