Məhkum general azadlığa 6 ay tez çıxmaq istədi…backend

Məhkum general azadlığa 6 ay tez çıxmaq istədi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin məhkum edilmiş rəisi general-mayor Nizami Şirinov vaxtından əvvəl azadlığa çıxmaq istəyib.

NOCOMMENT.az qafqazinfo-ya istinadən xəbər verir ki, Şirinov cəzasının çoxunu çəkməsini nəzərə alaraq qalan 6 ayının şərti hesab edilməsi ilə bağlı məhkəməyə müraciət edib.

Məhkəmə müraciəti əsaslı hesab etməyib. Ərizə geri qaytarılıb.

Qeyd edək ki, N. Şirinov 2021-ci ilin aprelində həbs edilib. O, mütəşəkkil dəstə tərkibində ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini ələ keçirməkdə, külli miqdarda rüşvəti hədə-qorxu tətbiq etməklə almaqda, həmçinin cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakın leqallaşdırılmasında təqsirli bilinib. Yekun qədarla generala 4 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib.