Məhkumlar təxliyə üçün özlərini koronavirusa yoluxdurdubackend

Məhkumlar təxliyə üçün özlərini koronavirusa yoluxdurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Los-Anceles şəhəri yaxınlığında yerləşən həbsxanada məhkumlar təxliyə olunmaq üçün özlərini koronavirusa yoluxdurublar.

NOCOMMENT.az xəbər verir ki, “Los Angeles Times”ın verdiyi məlumata görə məhkumlar bilərəkdən eyni stəkandan su içib, bir-birilərinin maskasını taxıblar.

“Onların təxliyə etməyə məcbur qalmağımız üçün belə bir addım atdıqları məlumdur. Normalda hər məhkum heç kəslə paylaşmadığı şəxsi bir stəkanı olur. Bu olaydan sonra 21 məhkuma COVID-19 diaqnozu qoyulub. Xəstəliyin kimdən yayıldığı və hadisənin təfərrüatını araşdırırıq”, – şerif Aleks Vilyanueva açıqlayıb.

Pitç həbsxanasının mühafizə kameralarında qeydə alınan görüntülər çox sayda məhkumun eyni stəkandan su içdiyini, bəzi maskaları iylədiklərini ortaya çıxarıb.

Bundan başqa, onlar hərarət ölçümündən öncə isti su içərək termometri yanıltmağa çalışıblar.     Report