Mehman Hüseynov və Ülvi Həsənli sərbəst buraxıldı – FOTObackend

Mehman Hüseynov və Ülvi Həsənli sərbəst buraxıldıFOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 14-də bloger Mehman Hüseynov və Abzas.net saytının rəhbəri Ülvi Həsənlinin polis tərəfindən saxlanıldığı bildirilirdi. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumatı NİDA Vətəndaş Hərəkatı yayıb.

Məlumatda bildirilirdi ki, onlar Novxanıda çəkilişdən qayıdarkən saxlanılıb və Abşeron Polis İdarəsinə aparılıblar. Daha sonra isə onlar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“Bandotdel”) aparılıblar.

Ən son məlumata görə, artıq bu gün səhər saatlarında polis tərəfindən saxlanılan Mehman Hüseynov və Ülvi Həsənli sərbəst buraxılıb.

Bakupost.az