Mehman Hüseynovun əməliyyatı uğurlu olub – FOTObackend

Mehman Hüseynovun əməliyyatı uğurlu olub – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış bloger və ictimai fəal Mehman Hüseynovun əməliyyatı uğurlu keçib.

Thank you all for #HelpMehman #StandUp4HumanRightsPress release *AZ *ENG *RU PRESS RELİZ 11.09.2020İsveçrəli…

Gepostet von SANCAQ production am Freitag, 11. September 2020

NOCOMMENT xəbər verir ki, bu barədə “Sancaq Production” adlı feysbuk səhifəsində məlumat verilib. Bildirilib ki, Cenevrə Universiteti Xəstəxanasının həkimləri bu ilin mart ayından İsveçrədə müalicə alan jurnalist Mehman Hüseynov üzərində uğurlu cərrahiyyə əməliyyatı keçirərək xərçəng şişini çıxarıblar: “Əməliyyat sentyabrın 8-də həyata keçirilib və təxminən 10 saat davam edib. Sentyabrın 9-da səhər xəstənin vəziyyəti sabitləşdikdən sonra palataya keçirilib, növbəti iki-üç həftə ərzində həkimlərin nəzarəti altında olacaq və sonra xəstəxanadan çıxacaq”.