Mehmanxana biznesi dirçəlir – STATİSTİKAbackend

Mehmanxana biznesi dirçəlir – STATİSTİKA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Statistika Komitəsi 2022-ci ilin yanvar-sentyabr aylarında mehmanxana və bu tipli obyektlərdə gecələmə sayının ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə artdığını açıqlayıb.

NOCOMMENT.az bildirir ki, bu barədə Komitənin hesabatında göstərilib:

“Gecələmələrin 53 faizi Bakıda, 6,9 faizi Qəbələdə, 6,2 faizi Xaçmazda, 6,1 faizi Qubada, 4,3 faizi Qusarda, 4,1 faizi Şabranda, 3,7 faizi Lənkəranda, 3,1 faizi Naftalanda, 1,8 faizi Naxçıvan Muxtar Respublikasında, qalanı başqa bölgələrdə qeydə alınıb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmə sayı 2021-ci ilin yanvar-sentyabr aylarına nəzərən 4,3 dəfə çoxalıb.

Doqquz ayda mehmanxana və bu tipli obyektlərin gəlirləri 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 dəfə artaraq 269,1 milyon manat olub”.