İraqın şimalında “Pəncə-Kilid” əməliyyat bölgəsində aşkarlanan daha 3 PKK terrorçusu havadan əməliyyatla zərərsizləşdirilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.
“Əsgərlərimizi şəhid edən xainlərdən haqq-hesab çəkməyə davam edirik! Şimali İraqda “Pəncə-Kilid” əməliyyatı bölgəsində təsbit edilən daha 3 PKK terrorçusu havadan əməliyyatla zərərsizləşdirilib”, – açıqlamada deyilir.
Qeyd edək ki, bölgədə dünəndən etibarən zərərsizləşdirilən terrorçuların sayı 7-yə yüksəlib.