Mehriban Əliyeva idmançılarımızı təbrik etdibackend

Mehriban Əliyeva idmançılarımızı təbrik etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Avropa və dünya çempionatlarının mükafatçılarını təbrik edib.

NOCOMMENT.az xəbər verir ki, təbrikdə deyilir:

“Yeniyetmələr və böyüklər arasında yaxın günlərdə keçirilmiş qılıncoynatma, bədii gimnastika, cüdo, güləş və karate üzrə Avropa çempionatlarının mükafatçısı olan bütün idmançılarımızı, həmçinin Dünya çempionatında qızıl medal qazanmış paraüzgüçülərimizi səmimi-qəlbdən təbrik edirəm! Sizin qələbəniz mükəmməl hazırlığın, məqsədyönlülüyün və iradənin əyani sübutudur! Hamınıza möhkəm cansağlığı, sevinc və yeni nailiyyətlər arzulayıram!”