Mehriban Əliyeva Kəlbəcərin azad olunması münasibətilə xalqı təbrik edibbackend

Mehriban Əliyeva Kəlbəcərin azad olunması münasibətilə xalqı təbrik edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində Kəlbəcərin işğaldan azad olunması münasibətilə paylaşım edib.

NOCOMMENT xəbər verir ki, paylaşımda deyilir:

“Hörmətli həmvətənlər!

Sizi əlamətdar hadisə – Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy Şanlı Qələbəmiz hər evə, hər ailəyə bol sevinc, təbəssüm, səadət, ölkəmizə sülh və əmin-amanlıq gətirsin! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”.