Mehriban Əliyeva Raman Salehi təbrik edibbackend

Mehriban Əliyeva Raman Salehi təbrik edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Tokio-2020” Yay Paralimpiya Oyunlarında Azərbaycan milli yığmasına 12-ci qızıl medalı qazandıran Raman Salehi təbrik edib.

NOCOMMENT.az xəbər verir ki, Birinci vitse-prezidentin rəsmi “İnstagram” hesabında paylaşımda qeyd edilib:

“Tokio-2020” Yay Paralimpiya Oyunlarında Azərbaycanın qızıl medallarının sayı 12-yə çatdı! Paralimpiyaçımız Raman Salehi 3-cü medalını qazanması münasibətilə təbrik edirəm! Azərbaycanı Paralimpiadada layiqincə təmsil edən milli yığmamıza səmimi-qəlbdən təşəkkür edir, bütün idmançılarımıza yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram!”