Mehriban Əliyeva Yaqub Zurufçunun müalicəsini nəzarətə götürdübackend

Mehriban Əliyeva Yaqub Zurufçunun müalicəsini nəzarətə götürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Əməkdar artist Yaqub Zurufçunun səhhəti ilə bağlı paylaşım edib.

NOCOMMENT.az xəbər verir ki, Komitə sədri  COVID-19 virusuna yoluxmuş görkəmli sənətkar Yaqub Zurufçunun hazırda “Yeni Klinika”da intensiv müalicə aldığını qeyd edib.

“Tez-tez dəyərli xanımı Aynur xanımla da danışırıq. Müalicənin gedişi Heydər Əliyev Fondunun, şəxsən Mehriban xanım Əliyevanın şəxsi nəzarətindədir. Anar Ələkbərov Yaqub müəllimin ailəsi ilə də danışıb və müalicənin Mehriban xanımın nəzarətində olduğunu bildirib. Yaqub Zurufçu hazırda reanimasiyadadır və həkimlər onun yaşaması, sağalması üçün bütün imkanları səfərbər ediblər. Sənətkarın həyat yoldaşı ilə bir qədər öncə telefonla danışdıq, inşallah həkimlərimiz mümkün olan hər şeyi edirlər ki, o, tezliklə öz sağlamlığına qovuşsun.”, – deyə millət vəkili qeyd edib.