Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan Hava Yollarına məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması ilə bağlı başsağlığı verib.
NOCOMMENT.az xəbər verir ki, birinci xanım bu barədə “X” hesabında paylaşım edib.
“Aktau yaxınlığında təyyarə qəzası nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri məni dərindən sarsıtdı. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Allah xalqımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!”, – paylaşımda qeyd olunub.\\Unikal