Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının (“AzDrama”) aktrisası, Əməkdar artist Mehriban Xanlarova işdən çıxıb. İşdən ayrılmasına səbəb kimi “AzDrama”nın bədii rəhbəri Mehriban Ələkbərzadənin yarıtmaz idarəçiliyini göstərən əməkdar artist mədəniyyət sahəsində baş verən proseslərin mərkəzində Fərəh Əliyevanın dayandığını iddia edib.
NOCOMMENT.az xəbər verir ki, Mehriban Xanlarova daha bir iddia ilə çıxış edib.
O, Fərəh Əliyevanın himayə etdiyini iddia etdiyi şəxslərin siyahısını açıqlayıb.

Xanlarova bildirilib ki, bu gün mədəniyyət sahəsində qərarları istedad, bilik yox, rəfiqəlik, qohumluq və yaxınlıq müəyyənləşdirir…
Əməkdar artistin paylaşdığı siyahını təqdim edirik:
1) Lalə Hüseynova — Milli Konservatoriyanın prorektoru. Fərəh Əliyevanın bacısı.
Rəsmən rektor Kamilə Dadaşzadə var, amma hamı bilir ki, faktiki rəhbər Lalə xanımdır.
2) Ceyran Mahmudova — ən yaxın rəfiqə, tələbə yoldaşı, yerlisi (Şəki). Mədəniyyət və İncəsənət Universitetində yüksək post.
3) Mənzər Nurəliyeva — Nazirlikdə “toxunulmaz zonanın” sahibi. Fərəh Əliyeva tərəfindən o qədər müdafiə olunur ki, nazir belə güc tapa bilmir.
4) Böyükxanım (Bella) Talıbova — Mədəni-maarif fakültəsini bitirib, amma birdən-birə teatr sektorunun rəhbəri, rejissor, teatrşünas statusu vəzifə paketinə çevrildi.
5) Mehriban Ələkbərzadə — Akademik Milli Dram Teatrının bədii rəhbəri, baş rejissoru. Fərəh Əliyevanın yaxın rəfiqəsi, “seçilmişi”.
6) Cahangir Səlimxanov — əvvəl SOROS proqramının rəhbəri, indi “nazir müşaviri”. Hamı bilir ki, təyinat Fərəh Əliyevanın tələbə yoldaşı.
7) Cəsarət Valehov — Fərəh Əliyevanın təkidi ilə Mədəniyyət Nazirinin müşaviri vəzifəsinə gətirilərək musiqi müəllimlərinə qarşı görünməmiş təzyiq və haqsızlıqların əsas fiquruna çevrildi.
8) Nailə Məmmədzadə – Fərəh Əliyeva ali təhsili olmayan, rəqqasə olan bir şəxsi Bakı Xoreoqrafiya Akademiyasının Tədris işləri üzrə prorektoru, sonra isə rektor vəzifəsinə qoyub”.
“Fərəh Əliyevanın yüksək vəzifələrə dost‑tanışlarını gətirməsi Azərbaycan mədəniyyətinin inkişafına mənfi təsir göstərir. Onun bu cür qərarları işıqlandırılmalıdır ki, cənab Prezident məlumatlı olsun və vəziyyətə müdaxilə edə bilsin” – Əməkdar artist deyib.













